Dünya 20:37 17.10.2022

Rusiyanın Su-34 hərbi təyyarə yaşayış binasının üstünə düşdü (VİDEO)

Rusiya Federasiyası Krasnodar diyarının Yeysk şəhərində Su-34 hərbi təyyarə yaşayış binasının üzərinə düşüb - qəza yerində güclü yanğın baş verib.

Qaynrainfo xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

"Readovka” kanalının məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda, avtovağzalın yaxınlığında baş verib - nəticədə yaşayış binası yanıb. Qeyd edilir ki, hadisə zamanı pilot təyyarədən katapult oluna bilib .

Kanal sakinlərə istinadən məlumat verir ki, doqquz mərtəbəli binanın yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində 10 nəfər ölüb. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.  

Təsdiqlənməmiş məlumatlara görə, təyyarənin mühərriki sıradan çıxıb, lakin qəzanın rəsmi səbəbi hələ müəyyən edilməyib. 

Nizami Bağırov