"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində kçeirilən püşkatmanın nəticəsinə əsasən, Bakı klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"na məğlub olacağı təqdirdə "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
"Sabah" "Orhus" səddini keçsə, Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel” (Beer-Şeva, İsrail) – "Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Şərhlər