Xəbər lenti

Ekonomiks 09:20 09.04.2024

Sabahdan Ramazan tətili başlayır - Neçə gün iş olmayacaq?

Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.

Qaynarinfo Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10 aprel tarixində qeyd ediləcək.

Bu məqsədlə də baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->