Xəbər lenti

Sabiq vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ezam edildi
Ölkə 10:34 02.03.2026

Sabiq vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ezam edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmədə artan iş yükü ilə əlaqədar hakimlərin sayının artırılması barədə qərar qəbul edilib. Bu məqsədlə Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ezam olunub.

Qeyd edək ki, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Ənnağı Məmmədli 2023-cü ilin yanvar ayında Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Onun ezam olunması məhkəmədə artan iş yükünün daha operativ və effektiv şəkildə icrasına xidmət edəcək.
 
Aydın

--> -->