Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.
DAF-nin mətbuat xidmətindən verilən məlumata görə, istefaların əsas səbəbi federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.
İstefa verənlərin siyahısı aşağıdakı kimidir:
DAF Prezidenti – Jalə Əhmədova
1-ci vitse-prezident – Könül Nurullayeva
Vitse-prezident – Anar Qurbanov
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
Katibliyin rəhbəri – Tünzalə Əzimova
Azərbaycan nümayəndəliyinin prezidenti – Fuad Quliyev
1-ci vitse-prezident – Mehman Səfərov
Vitse-prezident – Davud Davudov
Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova.
Şərhlər