Xəbər lenti

Dünya Alpaqut Federasiyasının rəhbər heyəti istefa verdi
İdman 19:07 18.09.2025

Dünya Alpaqut Federasiyasının rəhbər heyəti istefa verdi

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Qaynarinfo-nun verdiyi xəbərə görə, istefa verənlər aşağıdakılardır:

 • DAF Prezidenti – Jalə Əhmədova
 • 1-ci vitse-prezident – Könül Nurullayeva
 • Vitse-prezident – Anar Qurbanov
 • İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
 • Katibliyin rəhbəri – Tünzalə Əzimova
 


Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:
 • Prezident – Fuad Quliyev
 • 1-ci vitse-prezident – Mehman Səfərov
 • Vitse-prezident – Davud Davudov
 • Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.
--> -->