Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)
Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib.
Qaynarinfo Kanal S-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobil selin gətirdiyi lil qatına bataraq yolda qalıb.
Təhlükəli zonada sıxılıb qalan nəqliyyat vasitələri və sürüclər yerli sakinlərin köməyi ilə ərazidən təxliyə edilib.
Hazırda yolun çınqıl və lildən təmizlənməsi, hərəkətin bərpası üçün əraziyə ağır texnika cəlb olunub. Yolda qalan vətəndaşların təhlükəsiz daşınması üçün yüksək keçid qabiliyyətli yolsuzluq avtomobillərindən istifadə edilib.
Şərhlər