Xəbər lenti

Sevgilisini döyməkdə və zorlamada ittiham olundu, böyük müqavilədən məhrum oldu
Maqazin 23:55 27.05.2024

Sevgilisini döyməkdə və zorlamada ittiham olundu, böyük müqavilədən məhrum oldu

Sevgilisini döyməkdə və zorlamada ittiham olunan reper Diddi ("P Diddy", əsl adı Şon Kombs) böyük müqaviləsini itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
https://www.tmz.com/2024/05/27/diddy-sean-john-pull-america-best-contacts-eyeglasses-frames/

Amerikanın "Best Contacts & Eyeglasses" optik mağazalar şəbəkəsi onun "Sean John" çərçivələrini öz rəflərindən yığışdırıb. Onlar başqa çərçivələrlə əvəz olunub.

Məlumatlı mənbənin sözlərinə görə, şəbəkə reperin məhsullarından xilas olmağa hələ aprel ayında başlayıb, kadrları onlayn satışlardan yığışdırıb. Şirkət qərarını şərh etməyib.

Bu yaxınlarda Diddinin Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb. CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə şikayət ərizəsi verib, lakin məhkəmə prosesi baş tutmayıb. İddia edilib ki, reper videonun heç yerdə ortaya çıxmaması üçün 50 min dollar ödəyib.


Bundan sonra daha bir qadın Diddini zorakılıqda, o cümlədən cinsi zorakılıqda ittiham edib. "The Sun" xəbər verir ki, bu iddia ilə 51 yaşlı April Lampros çıxış edib. 

Lampros Nyu York Ali Məhkəməsində iddia qaldıraraq bildirib ki, Kombs 1994-cü ildə Moda Texnologiya İnstitutunda oxuyarkən ona moda sahəsində yüksəlməsinə kömək edəcəyinə söz verib. Lamprosun dediyinə görə, bir görüşdə Kombs onu sərxoş edib və taksiyə mindirərək otelə aparıb, burada dayanmaq xahişinə baxmayaraq, onu zorlayıb. Bu zaman qadın huşunu itirdiyini bildirib.

İddiaçı qeyd edir ki, Kombs bir müddət sonra ünsiyyəti yeniləməyi təklif edərək onu hədiyyəməyə başlayıb. Xüsusən də o, məhkəməyə reperin Sevgililər Günü üçün göndərdiyi bir kart təqdim edib. Karyerası ilə bağlı verdiyi kömək vədlərinə inanmağa qərar verən Lampros yeni görüşə razılaşıb. Bu görüş zamanı reper onu moda "qara siyahılarına" daxil edilməklə şantaj edib, əlaqə qurmağa məcbur edib. Daha sonra üçüncü görüş baş tutub. İddiaçı əlavə edib, bu görüş zamanı Kombs ona narkotik verib və onu qarşısında başqa bir şəxslə cinsi əlaqədə olmağa məcbur edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->