Ölkə 10:57 22.01.2024

Sexdəki partlayışda xəsarət alanların son vəziyyəti

15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində 7 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, müalicə alan 7 nəfərdən 2-nin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kliniki Tibbi Mərkəzdə də müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri xəstəxanada vəfat edib. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.