Ölkə 11:16 11.05.2022

Sumqayıtda mikroavtobus aşdı - 7 nəfər xəsarət aldı (FOTO)

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.