Xəbər lenti

Sumqayıtda taxtalı evlər təhlükədə (VİDEO)
Video 10:31 19.11.2025

Sumqayıtda taxtalı evlər təhlükədə (VİDEO)

Evlərin bir hissəsi dağılıb, pilləkənlər  qəzalı vəziyyətdədir.

Görüntülər Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki 1949-cu ildə tikilərək istifadəyə verilmiş iki mərtəbəli taxta evlərdəndir.

Sakinlərin sözlərinə görə, hazırda evlər tamamilə yararsız hala düşüb. Həmin tikililərdə yaşamaq həyat üçün təhlükəyə çevrilib. Taxta konstruksiyalar çürüyüb, divarlar qopur, tavanlar çökür. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər”ə bildirilib ki, problemdən xəbərləri var. Bununla bağlı qısa vaxt ərzində ciddi addımlar atılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->