Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Belə ki, "Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər