Xəbər lenti

Ölkə 18:35 12.09.2023

Suraxanıdakı intiharla bağlı yeni detallar - İntiqam Zamanovun qohumları Baş prokurora müraciət edəcək

Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun intiharı ilə bağlı cinayət işini dalana dirənib. 

Mərhumun qohumu Tohid Ağamalıyev Qaynarinfo-ya bildirib ki, İntiqam Zamanovun intiharından 6 ay ötsə də, hələ də bu işdə təqsiri olanlar cəzalandırılmayıb. 

İntiqam Zamanovun qohumları hadisədə mərhumun ailə üzvlərini günahkar bilir. Bir müddət əvvəl onun yaxın qohumları Ziyyədin və Etibar Gülməmmədovlar bildirmişdi ki, İntiqam Zamanov övladları və xanımı tərəfindən evdən qovulub. Bundan sonra ev satılıb. O bu məsələ ilə əlaqədar "Space” telekanalında aparıcı Amil Xəlilin "Gəl danış” verilişinə çıxıb. Verilişdən sonra isə bacısı Diləfruz İsmayılovaya zəng vuraraq, haqsızlığa dözə bilmədiyini deyib və telefonunu söndürüb. 

"28 fevral 2023-cü il tarixdə isə intihar edib. Onun evindən tapılan məktubda intiharının səbəbi kimi övladları və xanımının ona qarşı etdiyi əməlləri göstərib”, deyə Gülmmədovlar bildirib.

Tohid Ağamalıyev bildirir ki, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb: 

"Lakin hələ ki, nəticə yoxdur. Bununla bağlı Baş prokurora müraciət etmək, həmçinin onun qəbulunda olmaq istəyirik. Bilirik ki, istintaqın gedişinə İntiqam Zamanovun ailə üzvləri mane olur. Onlar bu işin açılmasında maraqlı deyillər. Çünki özlərinin təqsiri var”.

Tohid Ağamalıyev həmçinin bildirib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?