Xəbər lenti

Tanınmış idmançının direktor olduğu şirkətə 1,8 milyonluq sifariş
Ekonomiks 15:07 06.10.2025

Tanınmış idmançının direktor olduğu şirkətə 1,8 milyonluq sifariş

Şağan Olimpiya İdman Kompleksi "Klimatex" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Şağan Olimpiya İdman Kompleksinin isitmə-soyutma, havalandırma va nəm alma sistemlərini cari təmiri üzrə işlərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Təmir işlərinə görə şirkətə 1 798 240,1 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Klimatex" MMC 9 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, M2, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mahmudov İlham Mahmud oğludur. 

"Klimatex" MMC-nin rəsmi internet səhifəsində qeyd edilib ki, şirkət 2004-cü ildən fəaliyyət göstərir. MMC-nin fəaliyyət sferasına gəlincə, şirkət Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə əsasən iqlim sahəsində layihələndirmə, quraşdırma və servis işlərini həyata keçirir.

"Klimatex" MMC-nin qanuni təmsilçisi və direktoru İlham Mahmudov tanınmış idmançıdır. O, 2010-cu ildən atıcılıq idmanının "sportinq" növü üzrə Azərbaycan milli komandasının üzvüdür. İki dəfə Azərbaycan çempionu olan İlham Mahmudov həmçinin "Qızıl Patron" yarışmasının qalibi, Bakıda keçirilən Beynəlxalq Grand-Prix yarışmasının və Küveytdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasının 2-ci yeri gümüş mükafatçısı olub. 

Bundan başaq, İlham Mahmudov  Qəbələdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasında komanda hesabı ilə 3-cü yeri, "Ən yaxşı atıcı" və Şamaxı çempionatında 2-ci yeri tutub. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->