Azərbaycanda tanınmış sabiq hakim vəfat edib.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, Sərvət Hüseynov uzun illər məhkəmə sistemində çalışıb. O, 10 ildən artıq Bakı İnzibati Məhkəməsində, 15 ildən artıq Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyib.
Şərhlər