Xəbər lenti

Tarixi hücumun arxasında duran şəxs: Rusiya hər yerdə onu axtarır (FOTO)
Dünya 18:05 03.06.2025

Tarixi hücumun arxasında duran şəxs: Rusiya hər yerdə onu axtarır (FOTO)

Ukraynanın həyata keçirdiyi və "Hörümçək toru" adlandırılan əməliyyatın əsas siması müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, Rusiya kəşfiyyat orqanları ukraynalı sahibkar Artem Timofeyevin bu hücumların arxasında olduğunu iddia edir və onu hər yerdə axtarır.

Ukrayna ordusu dəyəri hər biri 1000 ABŞ dolları olan pilotsuz uçuş aparatları vasitəsilə Rusiyaya məxsus ən azı 40 hərbi təyyarəni məhv edib. Bu hücum beynəlxalq ictimaiyyəti şoka salaraq, Rusiyanın "Pörl Harbor"u kimi xarakterizə olunur. 

Qeyd edək ki, Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumunun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq olub. Hücum nəticəsində ABŞ-ın 12 döyüş gəmisi ciddi şəkildə zədələnib və ya batırılıb, 188 qırıcı təyyarəsi məhv edilib, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş ölüb. 



Rusiya Silahlı Qüvvələrinin bu hücum nəticəsində 7 milyard dolları aşan zərər gördüyü bildirilir. Ukrayna Müdafiə Nazirliyinin rəhbərlik etdiyi "Hörümçək toru" əməliyyatı çərçivəsində əsas hədəflər 4.500 km məsafədə yerləşən Belaya və 1.800 km uzaqlıqdakı Olenya hava bazaları olub. Əməliyyat zamanı strateji əhəmiyyətə malik A-50 erkən xəbərdarlıq təyyarələri, Tu-95 və Tu-22M3 bombardmançıları sıradan çıxarılıb.

Ukrayna prezidenti Volodimir Zelenski bu hücumu "tarixi uğur" adlandırıb. Əməliyyatın yeni detallarının üzə çıxması ilə yanaşı, hücumların təşkilində əsas rol oynayan şəxsin Ukrayna kəşfiyyat zabiti Artem Timofeyev olduğu iddia edilir.



Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın hava bazalarına pilotsuz aparatlarla həyata keçirdiyi hücumların arxasında Artem Timofeyevin olduğunu iddia edir. FSB nümayəndələri onun Ukrayna kəşfiyyatının əsas əməliyyat fiqurlarından biri olduğunu bildirərək ölkə daxilində genişmiqyaslı axtarış başladıb.



Jitomir şəhərində doğulan Artem Timofeyev Kiyev şəhərində bir müddət yaşadıqdan sonra ticarət məqsədilə Rusiyanın Çelyabinsk şəhərinə köçüb. Onun bu şəhəri seçməsində Qazaxıstan sərhədinə yaxınlığın strateji üstünlükləri olduğu düşünülür.

Rusiya rəsmiləri bildirir ki, PUA hücumlarında istifadə olunan avadanlıqlar Artem Timofeyevin adına qeydiyyatdan keçmiş yük maşınları vasitəsilə daşınıb. 55 yaşlı sürücü Aleksandr Z. ifadəsində bildirib ki, Artem adlı bir iş adamından Murmansk vilayətinə "taxta ev modulları" daşımaqla bağlı sifariş alıb. 



61 yaşlı digər sürücü Andrey M. isə Artemin ona İrkutska oxşar yükləri daşımaq üçün tapşırıq verdiyini deyib. 46 yaşlı sürücü Sergey də oxşar ifadə verərək Artemin göstərişi ilə modul tipli evlər daşıdığını bildirib.

Bütün sürücülər baş verəcək hadisələrdən xəbərsiz olub. Kimliyi məlum olmayan bir şəxs onlarla əlaqə saxlayaraq dəqiq harada dayanmalı olduqlarını bildirib.



TIR-lar Olenya hava bazası yaxınlığındakı "Rosneft" yanacaqdoldurma məntəqəsi və Belaya bazası yaxınlığındakı bir kafedə dayandırılıb. Sürücülər təyin olunan nöqtələrə çatdıqda qoşquların tavanları uzaqdan idarə olunan sistemlərlə açılıb və PUA-lar havaya qalxaraq hücuma keçib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->