Kreml bildirib ki, Ukraynanın Rusiya strateji aerodromlarına etdiyi hücumlara cavab nə vaxt və hansı formada veriləcəyinə Rusiya hərbçiləri qərar verəcək.
Qaynarinfo xəbər verir ki, Rusiya hökumətinin mətbuat katibi Dmitri Peskovun sözlərini "Azadlıq Radiosu" sitat gətirib.
Peskov təsdiqləyib ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampla əvvəlki gün baş tutmuş telefon danışığında Moskvadan cavab gözlənildiyini bildirib.
Putinin mətbuat katibi eyni zamanda qeyd edib ki, Rusiya beynəlxalq səviyyədə bu zərbələrin "kəskin şəkildə qınanmasını" eşitmək istərdi.
Bununla yanaşı, Kreml Ukrayna ilə danışıqları davam etdirmək niyyətində olduqlarını da bəyan edib.
Peskov əlavə edib ki, 4 iyun tarixli telefon danışığında Putinlə Tramp arasında şəxsi görüşün keçirilməsi məsələsi müzakirə olunmayıb. Onun sözlərinə görə, "belə bir görüşün vacibliyinə dair ümumi anlayış mövcuddur, lakin bu görüşün müvafiq şəkildə hazırlanması lazımdır".
Xatıaladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını təsdiqləmiş və bildirmişdi ki, Kreml rəhbəri aerodromlara son hücuma cavab verməyə məcbur qalacağını "çox qətiyyətli şəkildə” ifadə edib.
"Axios” portalı isə yazır ki, Tramp qapalı şəkildə SBU-nun "Hörümçək toru" (Паутина) əməliyyatına – Rusiya strateji aviasiyasının hədəfə alınmasına – heyranlıqla yanaşıb.
Alpər
Şərhlər