Xəbər lenti

Tramp Ağ Evin yeni bal zalı üçün mərməri şəxsən seçir – Media
Dünya 14:20 03.01.2026

Tramp Ağ Evin yeni bal zalı üçün mərməri şəxsən seçir – Media

ABŞ Prezidenti Donald Tramp, 2 yanvar cümə günü Ağ Evin yeni bal zalı üçün istifadə olunacaq daş nümunələrinə şəxsən baxış keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Ağ Ev rəsmisinə istinadən yazır.

Ağ Ev nümayəndəsinin verdiyi məlumata görə, Tramp Floridada, Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşən bir daş idxalçısına gedərək oradan mərmər və oniks nümunələri seçib.

Nümayəndə qeyd edib ki, Tramp bal zalı üçün lazım olan tikinti materiallarını və ustaların zəhmət haqqını "öz cibindən" və ya xeyirxah donorların vəsaiti hesabına ödəyir.

Tramp mətbuata son açıqlamalarından birində bu layihəyə 400 milyon dollar xərcləyəcəyini, lakin "daha az məbləğlə yekunlaşdırmağa ümid etdiyini" bildirmişdi.

Hazırda Tramp administrasiyası bal zalının yenidən qurulması ilə bağlı bütün rəsmi icazələri və sənədləşmə işlərini sürətləndirilmiş rejimdə həyata keçirir. Tikintinin 2026-cı ilin yazında başlaması və 2028-ci ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.

Tarixçə:
• 2025-ci ilin avqustunda Ağ Ev prezident Donald Trampın istəyini yerinə yetirərək, 200 milyon dollar dəyərində yeni bal zalının tikintisi planlarını elan etmişdi.

• 20 oktyabrda Tramp təntənəli qəbullar üçün nəzərdə tutulan böyük bal zalı ideyasını reallaşdırmaq məqsədilə Ağ Evin Şərq qanadında (East Wing) işlərin başladığını elan etdi. Sonradan məlum oldu ki, Şərq qanadı bünövrəsinə qədər tamamilə sökülür.

• 2025-ci ilin dekabrında Trampın bal zalının layihələndirilməsinə kömək etmək üçün yeni memar işə götürdüyü məlum oldu.

• Layihə bir neçə ay əvvəl elan olunsa da, geniş ictimai rezonansa səbəb olub. Donald Tramp əmin edib ki, tikintisi üçün Şərq qanadının söküldüyü yeni bal zalına öz adını vermək planı yoxdur.

• Media məlumatlarına görə, ABŞ Maliyyə Nazirliyinin (tikinti sahəsinin ən yaxşı göründüyü yer) əməkdaşlarına söküntü işlərinin fotolarını yaymamaq tapşırılıb.

Alpər
--> -->