Xəbər lenti

2026-cı il üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı
Dünya 09:30 04.01.2026

2026-cı il üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı

2026-cı ildə səyahətlərin bahalaşacağı ilə bağlı bəzi mənfi proqnozlar fonunda turistlər büdcələrini aşmadan yaxşı istirahət planlaşdırmaq üçün düşünürlər.

Qaynarinfo xəbər verir ki, "The Mirror" jurnalı bu il Avropada sərfəli istirahət üçün 10 ən yaxşı istiqaməti müəyyən edib.

"Yeni ilin başlanğıcı ilə bir çoxumuz növbəti tətilimizi planlaşdırmağa başlayacağıq. Amma günəş altında istirahət bütün sərvəti xərcləməyi tələb etmir. Avropada həm çimərlik, həm də şəhər turizmi üçün əlverişli bir çox gözəl yerlər var", deyə nəşr yazır.

Ekspertlər həmçinin xatırladır ki, yanvar ayında bir çox böyük hava yolları satış kampaniyaları keçirir, otel rezervasiya saytları isə endirimlər təklif edir. İlk ay həmçinin tur paketlərini endirimli almaq üçün ideal zamandır. Turistlərə həmçinin tövsiyə olunur ki, gələndən sonra hansı istiqamətlərin daha sərfəli olduğunu əvvəlcədən araşdırsınlar.

Siyahıya görə, Adriatik dənizi sahilində yerləşən, Xorvatiya və Albaniya ilə həmsərhəd olan Monteneqro Avropanın az tanınmış incilərindən biridir. Onun sahil şəhəri Budva turistlərə qızılı qumlu çimərliklər, saf mavi su, canlı gecə həyatı və tarixi Köhnə Şəhər təqdim edir.

Monteneqro, Qərbi Avropa ölkələrinə və turistlər arasında populyar olan Xorvatiyaya nisbətən daha sərfəlidir – yemək, içki, nəqliyyat və yerləşmə baxımından. Pik mövsümdə qiymətlər adətən yüksək olsa da, hələ də bir çox büdcəyə uyğun variantlar mövcuddur.

2026-cı ildə Avropada sərfəli istirahət üçün 10 istiqamət:

1. Budva, Monteneqro
2. Vrotslav, Polşa
3. Toskana, İtaliya
4. Vilnüs, Litva
5. Alikante, İspaniya
6. Karpas yarımadası, Kipr
7. Kadis, İspaniya
8. Antalya, Türkiyə
9. Valetta, Malta
10. Krakov, Polşa

Aydın

--> -->