Xəbər lenti

Tramp Avropanı sataraq Rusiyanın tərəfinə keçir -
Dünya 14:50 12.12.2025

Tramp Avropanı sataraq Rusiyanın tərəfinə keçir - "Spiegel"

Elə anlar olur ki, avropalılar artıq ümidsizliklərini gizlətmirlər. Məsələn, 1 dekabrda, bir neçə Aİ ölkəsinin rəhbərləri gizli telefon konfransında bir araya gələndə. Konfransda Almaniyanın kansleri Fridrix Merz, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Danimarkanın baş naziri Metta Frederiksen iştirak edirdilər.

Qaynarinfo xəbər verir ki, iyasətçilər Ukraynadakı vəziyyəti müzakirə edirdilər. Xüsusilə də rusların cəbhədə irəliləməsi və ABŞ prezidentinin Zelenskiyə Kremlin təklif etdiyi sülh razılaşmasına getməsi üçün göstərdiyi təzyiq barədə.

"Ursula, gördüyün bütün işlərə görə təşəkkür edirəm”, – deyə Frederiksen söhbət zamanı qeyd edib.

Lakin "Spiegel”in yazdığına görə, Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətləri hələ də yoxdur. Sual yaranır: əgər ABŞ və Rusiya ukraynalıları nə Kiyevin, nə də avropalıların qəbul edə biləcəyi kompromisə məcbur etsə, nə olacaq?

"Bizim B planımız nədir?” – Frederiksen soruşub.

Təəssüf ki, bu suala hələ də cavab verilməyib. "Spiegel”in əldə etdiyi telefon danışığının protokolu Vaşinqtona inamsızlığın miqyasını və avropalıların dərin çaşqınlığını nadir şəkildə göstərir - Avropa liderləri ictimaiyyət qarşısında Trampın müharibəni bitirmək cəhdlərini tərifləsələr də…

Makron dekabrın əvvəlində Zelenski ilə Parisdə görüşərkən belə demişdi: "Prezidentin rəhbərliyi altında Amerika hökumətinin gördüyü işi alqışlayıram”.
Lakin qapalı söhbətdə onlar artıq gizlətmirlər ki, Trampı və onun komandasını müttəfiq deyil, əksinə, keçmiş partnyorlardan daha çox Vladimir Putinə rəğbət göstərən rəqiblər hesab edirlər.

"Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar”, – kansler Merz telekonfransda vurğulayıb və bununla ukraynalıları və Aİ liderlərini nəzərdə tutub.
"Spiegel” əlavə edir ki, son aylarda avropalıların ABŞ hökumətinin mahiyyəti barədə illüziyaları qalmayıb. Lakin 4 dekabrda Tramp yeni təhlükəsizlik strategiyasını dərc edəndən sonra aydın oldu ki, ABŞ-ın Ukrayna siyasəti sadəcə müharibəyə milyardlar ayırmaq istəməməkdən ibarət deyil. Bu siyasət "böyük dövlətlərin qonşu ölkələrə təzyiq etməsində problem görməyən təfəkkür məktəbinin” məhsuludur.

33 səhifəlik sənəddə deyilir: "Böyük, zəngin və güclü ölkələrin həddindən artıq təsiri beynəlxalq münasibətlərin əbədi gerçəyidir”.

Nəşr vurğulayır ki, Trampın Avropaya müraciət tərzi simpatiya ilə yuxarıdan aşağı baxma və açıq düşmənçilik arasında tərəddüd edir. Prezident və onun komandası Köhnə qitəni "disfunksional” və ya "tam tənəzzüldə olan” kimi təsvir edir.

"Transatlantik gərginliyin böyük qalibi artıq müəyyənləşib: Vladimir Putin. O, avropalıların əsəbi iradları olmadan Tramp ilə bərabər səviyyədə danışıqlar aparır. Yeni Amerika təhlükəsizlik strategiyası isə tanış səslənir. O, təkcə NATO-nun genişlənməsini rədd etmir, həm də Kremlin dünyagörüşünü böyük ölçüdə əks etdirir”, – məqalədə bildirilir.

Buna görə də "Spiegel”in fikrincə, bu vəziyyət Putin üçün arzusunun gerçəkləşməsidir, çünki o, həmişə Avropanı və ABŞ-ı parçalamaq istəyib.

"Avropa yalnız Rusiyaya qarşı dayanmaqla və ABŞ-dan asılılığını azaltmaqla ayaqda qala bilər. Ukrayna Rusiyaya qarşı müharibəni qazana bilməz, bu məsələdə Tramp haqlıdır. Lakin ölkəni Putinə Avropaya qarşı növbəti aqressiya üçün sadəcə nəfəs alma imkanını təmin edəcək sülhə məcbur etmək ağılsızlıq olardı. NATO-nu "beyin ölümü keçirmiş” adlandırmaq Makronun səhvi idi. Lakin Ağ Evdə oturan Trampa güvənmək də sadəlövhlük olardı”, – "Spiegel” qeyd edir.
Nəzəri cəhətdən avropa hökumətləri bütün bunları anlayırlar, lakin praktikada tətbiq etmirlər. Çünki iqtisadi güclərindən istifadə etməkdən və təhlükəsizlik məsuliyyəti götürməkdən çəkinirlər. Ən çox isə Vaşinqtonla açıq qarşıdurmadan qorxurlar.

"Tramp Avropanı yalnız Avropa özünü alçaltdığı zaman alçalda bilər. Son ayların nəticəsi də budur. Uzunmüddətli perspektivdə isə ABŞ Avropadakı müttəfiqlərsiz güc mövqeyini qoruya bilməz”, – məqalədə deyilir.

Vaşinqtondakı CSIS analitik mərkəzindən Emili Hardinq isə qeyd edir ki, ABŞ-ın real rəqibi Asiyada gücə can atan Çindir.

"Güclü Avropa dünya nizamını sabitləşdirir və həm Rusiyaya, həm də Çinə qarşı çəkindirici təsir göstərir”, – o bildirir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->