Xəbər lenti

Tramp:
Dünya 10:42 23.10.2025

Tramp: "Düşünürəm ki, o, Putinə böyük təsir göstərə bilər"

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çin lideri Si Szinpinlə qarşıdakı görüşdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni müzakirə etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

"Mən onunla Rusiya və Ukrayna arasındakı müharibəyə necə son qoymaq barədə danışacağam - istər neft, istər enerji, istərsə də başqa bir məsələ olsun. Düşünürəm ki, o, bu məsələyə çox həssas yanaşacaq”, - Tramp deyib.

Trampın sözlərinə görə, Si bu məsələdə Rusiya lideri Vladimir Putinə təsir göstərə bilər:

"Düşünürəm ki, o, Putinə böyük təsir göstərə bilər. O, bir çox insana təsir etmək gücündədir. Baxın, o, hörmət olunan bir şəxsdir. Çox böyük bir ölkənin çox güclü lideridir. Bəli, hesab edirəm ki, o, əhəmiyyətli təsir göstərə bilər və biz, əlbəttə, Rusiya və Ukrayna haqqında danışacağıq”, deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin Çinlə nadir torpaq metalları və "bəlkə də, nüvə proqramı” ilə bağlı mühüm razılaşmalar əldə etməyə ümid etdiyini deyib.

Xatırladaq ki, bundan əvvəl Trampın Si Szinpinlə 31 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində görüşə biləcəyi barədə məlumat verilmişdi.

Tramp daha əvvəl Vladimir Putinlə planlaşdırılan görüşünü ləğv etdiyini də açıqlamışdı. O, Putinə münasibətinin "yaxşı olduğunu”, lakin danışıqların hələlik nəticə vermədiyini bildirib.

ABŞ lideri həmçinin Ukraynaya "Tomahawk” raketlərinin verilməsi məsələsinə də toxunub:

"Tomahawk"lardan istifadə etməyi öyrənmək üçün azı altı ay vaxt lazımdır. Yeganə yol bizim onları buraxmağımız olardı, amma biz bunu etməyəcəyik”, – Tramp vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->