ABŞ prezidenti Donald Tramp heç vaxt spirtli içki və ya narkotik qəbul etməyib.
Qayanrinfo xəbər verir ki, o, bunu Britaniyanın "GB News" televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Həyatımda heç vaxt spirtli içki içməmişəm və narkotik qəbul etməmişəm", deyə siyasətçi pis vərdişlərdən imtina etməyin çətin olduğunu qeyd edərək bildirib.
Tramp əlavə edib ki, həmişə övladlarına narkotikdən, alkoqoldan və siqaretdən uzaq durmağı tapşırıb. Onun sözlərinə görə, əgər insan heç başlamasa, uzunmüddətli asılılıq dövrü də olmayacaq.
2025-ci ildə amerikalı liderin 79 yaşı tamam olub. O, 7 oktyabrda "Newsmax” telekanalına müsahibəsində özünü 30 il əvvəlkindən daha yaxşı hiss etdiyini deyib. Bu açıqlama sosial şəbəkələrdə yayılan, onun ağır xəstə olduğuna dair iddialara cavab olub. Həmin nəzəriyyənin tərəfdarları bildirirdilər ki, respublikaçı bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb və Ağ Evin açıqladığı çıxış planlarında da onun adı görünmür.
Oktyabrın sonunda Tramp maqnit-rezonans tomoqrafiyasından (MRT) keçdiyini və nəticələrin "ideal” olduğunu bəyan edib.
Aydın
Şərhlər