Xəbər lenti

Macarıstan Ukraynanın yox, Livanın ordusunu maliyyələşdirəcək - Siyarto
Dünya 11:45 15.11.2025

Macarıstan Ukraynanın yox, Livanın ordusunu maliyyələşdirəcək - Siyarto

Macarıstan "Avropa Sülh Fondu”ndan olan payını Ukraynanın Silahlı Qüvvələri üçün deyil, Livan ordusunun maliyyələşdirilməsi üçün yönləndirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə bəyanatı Macarıstanın xarici işlər naziri Peter Siyarto X sosial şəbəkəsindəki paylaşımında edib.

O qeyd edib ki, Livanın xarici işlər naziri Yussef Raqqiyə bildirib ki, Macarıstanın milli təhlükəsizlik marağı Yaxın Şərqdə sülhdür və Livanın sabitliyi burada açar rol oynayır.

"Biz Avropa Sülh Fondundakı payımızı Ukraynanın silahlandırılması üçün istifadə etməyəcəyik. Bunun əvəzinə, 1,5 milyon avronu Livanın silahlı qüvvələrinə dəstək üçün yönləndiririk”, deyə Siyarto bildirib.

Qeyd edək ki, mövcud Macarıstan baş naziri Viktor Orban yazda keçiriləcək parlament seçkilərinə hazırlaşır və anti-Ukrayna, eyni zamanda guya pasifist ritorikanı siyasi mövqeyinin mərkəzi elementi edib. O, müharibəyə görə məsuliyyəti daim Ukraynanın və Avropanın üzərinə atır.

Bununla yanaşı, Orban seçiciləri Ukraynanın guya Macarıstana qarşı aqressiv siyasət yürütməsinə və ölkənin daxili siyasətinə müdaxilə etməsinə inandırmağa çalışır.

O həmçinin "Enerqoatom” şirkəti ətrafında baş vermiş korrupsiya qalmaqalından istifadə edərək, Ukraynanın Rusiya təcavüzünü cilovlamasına yardım etmək istəməməsini bununla əsaslandırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->