XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp: "Mən onların bankiriyəm"
Dünya16:49 11.08.2026

Tramp: "Mən onların bankiriyəm"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana məxsus bütün maliyyə vəsaitlərinə nəzarət etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Real America's Voice" radiostansiyasına müsahibəsində danışıb.

"Onların sahib olduğu pullara, böyük məbləğə nəzarət edirik. Mən onların bankiriyəm", deyə Tramp qeyd edib.

Amerika liderinin sözlərinə görə, İran iqtisadiyyatında vəziyyət pisdir və Vaşinqtonun təzyiqi nəticəsində əsgərləri azalır, çünki onlara maaş ödənilmir:

"Onlar 300 faizlik inflyasiya ilə üzləşirlər, valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur".

Bundan əvvəl Tramp ABŞ-ın Tehranın ciddi iqtisadi problemləri səbəbindən İranla danışıqları "yarı güclə" apardığını açıqlayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton bu prosesdə "çox səs-küy yaratmadan" hərəkət edir. O, İslam Respublikası ilə danışıqları şahmat partiyasına bənzədib.

Avqustun 8-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın münaqişəni başa çatdırmağa çalışdığını bildirib. Bununla belə, onun sözlərinə görə, Tehranın Vaşinqtonu qane edəcək "lazım olanı təqdim edə bilib-bilməyəcəyi" məsələsi hələ də açıq qalır.

Aydın