ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun Florida ştatında yerləşən Mar-a-Laqo şəxsi iqamətgahında apardığı axtarışla bağlı ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində kompensasiya təyin edə biləcəyini istisna etməyib.
APA xəbər verir ki, O, bunu dekabrın 19-da Roki-Maunt şəhərində (Şimali Karolina ştatı) çıxışı zamanı deyib.
"Bilirsiniz, mən məhkəmə iddiası qaldırmışam və işi uduram. Yeganə problem ondadır ki, onu məhz mən özüm tənzimləməliyəm. Başqa sözlə, iddianı qaldırıram və onu yenə də özüm həll etməliyəm. Ola bilsin, özümə 1 milyard dollar ayırım və hamısını xeyriyyə fondlarına verim. Məntiqli səslənir, elə deyilmi?” – deyə Tramp bildirib.
Şərhlər