Xəbər lenti

ABŞ Suriyada antiterror əməliyyatına başladı
Dünya 09:15 20.12.2025

ABŞ Suriyada antiterror əməliyyatına başladı

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

"Report"un məlumatına görə, bunu ABŞ-ın müharibə naziri Pit Heqset açıqlayıb.

Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.

"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset bildirib.

O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər. "Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->