Xəbər lenti

Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlaması ilə maraq doğurdu
Dünya 14:42 27.10.2025

Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlaması ilə maraq doğurdu

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ehtimalı barədə açıqlaması ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, "Air One” təyyarəsində jurnalistlərlə söhbət zamanı Trampdan Moskva əleyhinə yeni sanksiyaların tətbiqini nəzərdən keçirib-keçirmədiyi soruşulub. Amerikan liderinin cavabı qısa olub: "Tezliklə biləcəksiniz”.

Bundan əlavə, Tramp bildirib ki, "Ukraynanın dondurulmuş rus aktivlərindən istifadə məsələsinə qarışmır”. Sualın dəqiqləşdirilməsi zamanı – Avropa İttifaqı Ukraynanın müdafiə xərclərini ödəmək üçün dondurulmuş rus aktivlərindən istifadə etməlidirmi – o belə cavab verib:

"Bilmirəm. Aİ-dən soruşun. Mən bu işə qarışmıram. Bu, onların qərarıdır”.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ "Rosneft” və "Lukoil” şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq edib. ABŞ maliyyə naziri vurğulayıb: "Prezident Putinin bu mənasız müharibəyə son qoymaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kreml hərbi maşınını maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq edir”.

"Reuters"in məlumatına görə, Tramp administrasiyası Vladimir Putin Ukraynada müharibəni davam etdirəcəyi təqdirdə, Rusiyanın əsas iqtisadi sahələrinə qarşı tətbiq oluna biləcək əlavə sanksiyaları da hazırlayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->