Xəbər lenti

Ən yeni Çin aviadaşıyıcısı köhnə amerikalı analoqlardan xeyli zəifdir - CNN
Dünya 22:12 26.10.2025

Ən yeni Çin aviadaşıyıcısı köhnə amerikalı analoqlardan xeyli zəifdir - CNN

Çinin ən yeni aviadaşıyıcısı olan "Fuczyan” ABŞ Hərbi Dəniz Qüvvələrinin 50 il əvvəl istismara verilmiş "Nimits” sinifli gəmilərindən bir mühüm göstərici – təyyarələrin buraxılış sürəti baxımından geri qalır. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki keçmiş zabiti, hansı ki, özləri də aviadaşıyıcılarda xidmət ediblər, qeyd ediblər ki, yaxın vaxtlarda istismara veriləcək "Fuczyan” gəmisinin uçuş göyərtəsinin konfiqurasiyası təyyarələrin qalxma və enmə sürətini "Nimits” sinifli aviadaşıyıcılarla müqayisədə ciddi şəkildə məhdudlaşdırır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq kapitanı Karl Şuster bildirib: "Fuczyan"ın əməliyyat imkanları ‘Nimits’ sinifli gəmilərin cəmi təxminən 60 faizinə bərabərdir".

Şuster və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan leytenant-komandoru, keçmiş pilot Kit Stüart "Fuczyan” gəmisinin uçuş göyərtəsinin fotolarını təhlil edərək bildiriblər ki, göyərtənin quruluşu eyni vaxtda bir neçə təyyarənin qalxışı və enişini çətinləşdirir.

Bununla belə, "Fuczyan” tamamilə yararsız sayılmır. Onun əsas üstünlüklərindən biri elektromaqnit katapult sistemidir. Bu sistem təyyarələrin əlavə silah və yanacaq ehtiyatı ilə qalxmasını asanlaşdırır və əməliyyat məsafəsini artırır. Hazırda ABŞ donanmasında bu cür sistem yalnız bir gəmidə – ən yeni və ən böyük aviadaşıyıcı "Cerraldd Ford”da mövcuddur.

Belə uçuş göyərtəsi konfiqurasiyası Çin dəniz donanması üçün yenilikdir. Onun digər iki aviadaşıyıcısı – "Lyaonin” və "Şandun” – klassik tramplin tipli göyərtəyə malikdir və təyyarələr orada yalnız öz mühərriklərinin gücü ilə qalxırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->