Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR
Salyanlı iş adamı Türkiyə vətəndaşı tərəfindən aldadılaraq küllü miqdarda vəsaiti mənimsənilib. Bu iddia ilə o, "Xəzər Xəbər”in qaynar xəttinə müraciət edib.
Hadisə rayonun Kərimbəyli kənd sakini Çingiz Quliyevin başına gəlib. İş adamı bildirir ki, Biləsuvarda iş görmək üçün türkiyəli iş adamı Hüseyn Tuğcu ilə 2022 -ci ildə ikitərəfli razılaşma əsasında 660 min manatlıq müqavilə bağlayıblar.
Əldə olunmuş razılaşma əsasında işlər tamamlandıqdan sonra nəzərdə tutulan vəsait sifarişçi tərəfindən ödənilməyib.
Şikayətçi bildirir ki, türkiyəli iş adamı bəhanə ilə Azərbaycandan gedib. Sonradan telefon əlaqəsi quraraq narahat olmamalarını, pulu ödəyəcəyini bildirib. Lakin, vədə əməl olunmayıb.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər