Dünya 15:54 28.06.2022

Türkiyə Ermənistanla dördüncü normallaşma görüşü keçirəcək

Türkiyə Xarici İşlər Nazirliyindən Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın görüşləri ilə bağlı açıqlama verilib.

Bildirilib ki, Kılıç və Rubinyan dördüncü görüşünü iyulun 1-də Vyanada keçirəcək.

Qaynarinfo bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

İki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub.

Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpası qərara alınıb və qarşılıqlı uçuşlar fevral ayından başlayıb.

Qeyd edilir ki, Xüsusi Nümayəndələr ikinci iclası fevralın 24-də, üçüncü iclası isə mayın 3-də Vyanada keçiriblər. 

Bu prosesdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

M.Arif