Dünya 23:21 06.07.2022

Türkiyə Finlandiya və İsveçlə ekstradisiya tələblərini yeniləyir - Nazir

21Türkiyə İsveç və Finlandiyadan ekstradisiyasını tələb etdiyi şəxslərin siyahısını yeniləyib. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Bozdağ "HaberGlobal" televiziyasına müsahibəsində "NATO-nun son sammitində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan razılaşma çərçivəsində monitorinq komitəsi yaradıldığını deyib.

"Müvafiq olaraq, bu gün əvvəllər rədd edilmiş bəzi müraciətləri bərpa etdik və cavabsız qalan bəzi müraciətləri onlara xatırlatdıq”, - deyə Bozdağ bildirib.

Xatırladaq ki, Türkiyənin İsveç və Finlandiyadan ekstradisiyasını istədiyi adamların bəziləri artıq bu ölkələrin vətəndaşıdır. Bu ölkələrin müvafiq qanunlarına görə isə öz vətəndaşlarını başqa ölkəyə ekstradisiya edə bilməz. İsveç və Finlandiya dövlət rəsmiləri də bunu təsdiqləyiblər.

Nurlan Hüseynov