Xəbər lenti

Türkiyə lirəsini nə gözləyir? - İqtisadçı ekspert
Dünya 11:38 06.01.2026

Türkiyə lirəsini nə gözləyir? - İqtisadçı ekspert

"2026-cı ildə türk lirəsinin möhkəmlənmə ehtimalı elə də yüksək deyil, əksinə daha da zəifləməsi baş verə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasnda iqtisadçı ekspert Əkrəm Həsənov deyib. İqtisadçı bu məsələdə siyasi amillərin yer aldığını xüsusi vurğulayıb:

"2026-cı ildə türk lirəsinin taleyi ilə bağlı fikir bildirmək çox çətindir. Orada iqtisadi məqamlardan çox siyasi amillər var. Görünən odur ki, Türkiyə iqtisadiyyatında böhran davam edəcək”. 
 


Əkrəm Həsənov ehtimal edir ki, türk lirəsi indiki vəziyyətdə özünü qoruyub saxlaya biləcək.

Bahar Rüstəmli

--> -->