XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə millisinin üzvü "Roma"da
İdman06:37 06.07.2022

Türkiyə millisinin üzvü "Roma"da

Türkiyə millisinin üzvü Zeki Çelik "Roma"ya transfer olunub.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. İtaliya komandası futbolçu ilə 4 illik müqavilə imzalayıb.
İmzalanma mərasimində çıxış edən 25 yaşlı futbolçu paytaxt təmsilçisinə transfer olunduğu üçün məmnunluğunu və əlindən gələnin ən yaxşısını oraya qoyacağını deyib.
2018-2022-ci illərdə Fransa "Lill"ində çıxış edən müdafiəçi bu klubda meydana çıxdığı 104 matçda 4 qola imza atıb. 

Səbuhi Həsənov