Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
	
Qaynarinfo "Bloomberg”-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə 
bildirib.
 
	
O, mümkün səfərin tarixi barədə məlumat verməyib.
 
	
Xatırladaq ki, bu həfətə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
	
Qeyd edək ki, sentyabrın 19-da İrit Lilian İsrailin Türkiyəyə yeni səfiri təyin olunub. O, bu təyinatadək İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili işləyib.
	
	
             
            
Şərhlər