Xəbər lenti

Türkiyə yenidən silkələndi: 6,1 bal...
Dünya 00:16 28.10.2025

Türkiyə yenidən silkələndi: 6,1 bal...

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib. 

Ardıca eyni rayonda 4,2 bal gücündə yeni təkan qeydə alınıb.

Zəlzələ İstabul başda olmaqla əksər bölgələrdə hiss edilib.
Dağıntı barədə məlumat yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->