Bu il Azərbaycana gələn turistlərin sayında xeyli azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1,948 000 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır.
Turizm eksperti Ceyhun Aşurov Qaynarinfo-ya Azərbaycana gələn əcnəbi turistlərin sayının azlığının səbəblərini açıqlayıb:
"Yanvar-sentyabr ayında ölkəmizə gələn əcnəbilərin sayında təxminən 2%-qədər azalma müşahidə olunub. Nəzərə alaq ki, Azərbaycana turistlərin böyük hissəsi yay mövsümündə gəlir. Yayda regionda baş verən gərginliklər, İran-İsrail müharibəsi, Pakistan-Hindistan arasında olan gərginlik və s. ölkəmizə gələn turistlərin sayına ciddi təsir etdi. Əcnəbilərin gəlişi yay aylarında, xüsusən müharibənin pik vaxtlarında 30-40 faiz azaldı".
Ekspert hesab edir ki, müharibələr ərəfəsində hava məkanının da bağlı olması Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin uçuşunu bir az əlverişsiz vəziyyətə gətirdi:
"Çünki normalda 3 saatlıq uçuşlar təxminən 7 saata qədər uzana bildi. Bu da Azərbaycana gələnlərin sayına müəyyən qədər təsir edib".
Bahar Rüstəmli
Şərhlər