Xəbər lenti

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis yaralandı
Dünya 10:13 29.12.2025

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis yaralandı

Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə "TRT Haber" xəbər yayıb.

Əməliyyat zamanı qarşıdurma yaşanıb və nəticədə 7 polis əməkdaşı xəsarət alıb.

Yaralanan hüquq-mühafizə orqanı əməkdaşları dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onların vəziyyəti qənaətbəxşdir və həyati təhlükə yoxdur.
--> -->