Xəbər lenti

Dünya 14:10 28.01.2024

Türkiyədə maskalı şəxslər kilsəyə silahlı hücum etdi, ölən var (VİDEO)

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi "Santa Maria”ya silahlı hücum olub.

Qaynarinfo bu barədə "Haber Global”a istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->