Xəbər lenti

Türkiyədə sel: İstanbulda həyat iflic oldu, Kırklarelidə 2 nəfər öldü (VİDEO)
Dünya 09:23 06.09.2023

Türkiyədə sel: İstanbulda həyat iflic oldu, Kırklarelidə 2 nəfər öldü (VİDEO)

Türkiyədə güclü leysan və daşqınlar nəticəsində azı 2 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

O qeyd edib ki, sel Bolqarıstan və Yunanıstanla sərhəddə yerləşən Kırklareli vilayətində həmin vaxt 12-yə yaxın turistin qaldığı istirahət mərkəzini vurub. Nazir bildirib ki, axtarış qrupları 2 cəsəd tapıb və 6 nəfəri xilas edib.

İtkin düşmüş 4 nəfərin axtarışı üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

İstanbulda güclü yağış nəticəsində ən azı iki rayonda küçələri və evləri su basıb. Bəzi metro stansiyaları bağlanıb.

İstanbul valisi Davud Gül sosial şəbəkədə rəsmilərin daşqından zərər çəkənləri evlə təmin edəcəyinij açıqlayıb.

Türkiyənin Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi (AFAD) ölkənin qərbində və cənub-qərbində leysan yağışlarının davam edəcəyini bildirib və sel, şimşək çaxması və güclü küləklə bağlı xəbərdarlıq edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->