Xəbər lenti

İdman 10:51 13.11.2023

Türkiyəli futbolçu İtaliyada tarixə düşdü

A Seriyasında liderliyini davam etdirən "İnter"in futbolçusu Hakan Çalhanoğlu liqa tarixinə düşüb.
 
Qaynarinfo-nun məlumatına görə, Çalhanoğlu "Frozinone"ni 2-0 məğlub etdikləri matçda "İnter"in ikinci qolunu vurub. Bununla da 29 yaşlı futbolçu 36 qolla İtaliya çempionatında ən çox fərqlənən türkiyəli futbolçu ünvanına yiyələnib. 
 
A Seriyasında 12 turdan sonra "İnter" turnir cədvəlinin ilk pilləsində yer alıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->