Xəbər lenti

Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı (FOTO/VİDEO)
Foto 12:00 12.11.2025

Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı (FOTO/VİDEO)

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.

Qaynarinfo bu barədə APA-ya istinadən xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.

Türkiyənin "Akıncı" PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->