Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi 12 noyabr saat 10:24-də Xorvatiyanın Zaqreb şəhərinə planlı texniki qulluq üçün Çanaqqaladan yola düşüb. Meteoroloji şəraitə görə iki təyyarə Xorvatiyanın Rejika hava limanında gecələyib.
Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yola düşdükdən sonra əlverişsiz hava şəraiti səbəbindən Rejika Hava Limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrimizdən biri Rejika Hava Limanına eniş edib, lakin Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. Məsul pilotumuzu və təyyarəni tapmaq üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb. Təfərrüatlar aydınlaşdıqca ictimaiyyətə məlumat verməyə davam edəcəyik”, - məlumatda qeyd edilib.
***
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı isə radarlardan itən təyyarənin qalıqlarının tapıldığını və bir pilotun həlak olduğunu açıqlayıb.
"Radio əlaqəsi kəsilən yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Bu faciəli qəzada şəhid olan pilotumuza Allah rəhmət eləsin. Meşəçilik təşkilatımıza və xalqımıza başsağlığı verirəm”, - deyə o əlavə edib.
Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.
22:41
Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:
"Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ədəd AT802 yanğınsöndürmə təyyarəsi texniki baxış üçün Xorvatiyanın Zaqreb şəhərinə gedərkən əlverişsiz hava şəraiti səbəbindən Reyka hava limanına yönəlib.
Təyyarələrdən biri təhlükəsiz eniş edib, lakin digəri ilə 18:25-də radio əlaqəsi kəsilib. İtkin düşən təyyarə və pilotun tapılması üçün Xorvatiya rəsmiləri ilə birgə axtarış-xilasetmə işlərinə başlanılıb”-deyə nazirlikdən bildirilib.
Şərhlər