Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ay İşığı" çimərliyində Estoniya vətəndaşının çantasını oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Göyçay rayonunda rayonunda doğulmuş R.T.-nın Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs həmin çimərliyə Nicat adlı dostu ilə istirahətə gedib. Dənizdən çıxan zaman xarici ölkənin xanım vətəndaşının dənizə gəlib özünə yer tutduğunu və əlində olan çantanı yerə qoyub dənizə girdiyini görüb. Qadın dənizdə çimən zaman o, çantanı götürərək, qaçıb. Hadisədən bir neçə dəqiqə sonra isə polis tərəfindən saxlanılıb.
Çantası oğurlanan Estoniya vətəndaşı S.E. polisə yaxınlaşaraq, ingilis dilində "yellov bag", yəni "sarı çanta" ifadəsini işlədib. Onlar vaxt itirmədən xarici vətəndaşın göstərdiyi istiqamətə qaçıblar. Həmin şəxsin yol kənarında dayandığını və əlində sarı rəngli çantanın olduğunu görüblər. R.T. dərhal polis tərəfindən saxlanılıb.
Çantadakı şəxsiyyət vəsiqəsi, həmçinin içərisindəki 40 manat və həmin tarixin məzənnəsi ilə 102,74 manat təşkil edən 55 avro məbləğində pul, 20 manat dəyərində cüzdan zərəçəkmişə qaytarılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər