Fransada 85 yaşlı kişi sadəcə qonşu şəhərə həkimə getmək üçün yola çıxıb, amma gözlənilmədən evindən 1500 kilometr uzaqda - Xorvatiyada peyda olub.
Qaynarinfo Fransa mediasına istinadən xəbər verir ki, pensiyaçı ölkənin qərbindəki evindən təxminən 25 km məsafədə yerləşən Ervo şəhərinə doğru yola çıxıb, lakin istiqaməti itirib və şərqə doğru hərəkət edib.
Belçika nəşri "Nieuwsblad"ın məlumatına görə, pensiyaçı 24 saat avtomobil sürüb, Fransanı tərk eib və bir neçə Avropa sərhədini keçdiyini hiss etməyib. O, jurnalistlərə etiraf edib ki, özü də belə bir şeyin necə baş verdiyini anlamır. Kişi qeyd edib ki, əvvəllər heç vaxt yaddaş və ya istiqamət problemi yaşamayıb, evdən çıxarkən özünü tam normal hiss edirmiş.
Pensiyaçının itkin düşməsi əvvəlcə heç kimdə narahatlıq yaratmayıb, amma o, dostları ilə görüşə gəlməyəndə axtarışa verilib. Qonşular da narahat olaraq polisi məlumatlandırıb.
Nəticədə polis onu telefon siqnalı sayəsində tapıb: O, Xorvatiyada bir oteldən cavab verib.
Aydın
Şərhlər