Xəbər lenti

Türkmənistandan hansı məhsulları alırıq?
Ekonomiks 16:06 23.06.2026

Türkmənistandan hansı məhsulları alırıq?

Azərbaycan ilə Türkmənistan arasıdakı ticarət dövriyyəsi həm enerji,  həm də qeyri neft-qaz məhsullarını əhatə edir.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri, suda məhlulu (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları  (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar  (638 min dollar), kimyəvi toxuculuq materiallarından olan kisə və paketlər  (363 min dollar) və digər məhsulları idxal edib.

"Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza  (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan məhsullar (4 milyon 885 min dollar),  kimyəvi çevirmələr üçün sürtkü yağları  (1 milyon 913 min dollar), kərə yağı  (929 min dollar), ağır distilyatlar, qazoyllar, dizel yanacağı (514 min dollar) və digər məhsulları qardaş dövlətə satırıq. Bütövlükdə, sözügedən dövrdə Azərbaycan ilə Türkmənistan arasında 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir".
--> -->