Xəbər lenti

UEFA reytinqi: Azərbaycan İsrailə daha da yaxınlaşıb
İdman 09:18 22.07.2026

UEFA reytinqi: Azərbaycan İsrailə daha da yaxınlaşıb

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb.

"Report" xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb.

Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->