Xəbər lenti

Dünya 21:43 05.04.2024

Ukrayna Belarusu Türkiyə ilə əvəz etdi: Kiyev 85 yeni avtobus alacaq

Ukrayna paytaxtının "Kiyevpastrans” müəssisəsi Türkiyənin "Anadolu Isuzu Otomotiv Sanayii Ve Ticaret A.Ş.” şirkəti ilə AİB krediti çərçivəsində avtobusların tədarükü üçün müqavilə bağlayıb.

Qaynarifo xəbər verir ki, bu barədə AllTransUA məlumat yayıb.

Nəşr qeyd edir ki, tender elanı hələ 2021-ci ilin martında baş tutub, lakin təkliflərin açıqlanması bir neçə dəfə təxirə salınıb və yalnız 2021-ci ilin noyabrında baş tutub. 

Sonra təkliflərin qiymətləndirilməsi Rusiya Federasiyasının genişmiqyaslı işğalı səbəbindən dayandırılıb; tender prosesləri yalnız 2023-cü ildə bərpa edilib. Ümumilikdə iki iddiaçı olub, ikincisi "Otokar”dır.

Avtobusların birinci partiyası avans ödənildikdən sonra 8 ay ərzində, bütün partiya isə 22 aydan gec olmayaraq gəlməlidir. Daha əvvəl mediada 85 ədəddən söhbət getdiyi bildirilirdi. Müqavilənin dəyəri 18,6 milyon avro təşkil edəcək.

Elanda məhsul haqqında ətraflı məlumat verilməməsinə baxmayaraq, nəşr Anadolu Isuzu Citiport 12 avtobuslarının böyük ehtimalla Kiyevə gətiriləcəyini təklif edir. 2017-ci ildə Anadolu Isuzu müxtəlif şəhərlərə səyahət edən bir neçə nümayiş nümunəsini Ukraynaya göndərib. 

Xatırladaq ki, "Kiyevpastrans” kommunal şirkəti təxmini dəyəri 18,595 milyon avro olan 12 metrlik aşağı mərtəbəli avtobusların və müvafiq xidmətlərin satın alınması üçün tender elan edib.

2020-ci ildə Kiyev maliyyə lizinq müqaviləsi əsasında Belarusun MAZ zavodunun istehsal etdiyi 50 avtobus alıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->