Xəbər lenti

Ukrayna kəşfiyyatı təslim olmuş Rusiya hərbçilərini götürmək üçün 21 əməliyyat keçirib
Dünya 10:22 19.09.2023

Ukrayna kəşfiyyatı təslim olmuş Rusiya hərbçilərini götürmək üçün 21 əməliyyat keçirib

"Yaşamaq istəyirəm” layihəsinin mövcud olduğu bir il ərzində Ukrayna Rusiya hərbçilərinin cəbhə xəttindən çıxarılması üçün 21 əməliyyat təşkil edib.

Bu barədə Qaynarinfo layihənin Telegram kanalına istinadən xəbər verir.

Bir il əvvəl "Yaşamaq istəyirəm” proqramı işə salınıb və bu müddət ərzində Ukrayna Rusiya hərbçilərindən könüllü təslim olmaq üçün 25 min müraciət alıb.
 
Ümumilikdə layihənin saytına Rusiyadan və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən 48 milyondan çox insan daxil olub.

Bundan əlavə, Roskomnadzor Rusiyada layihə saytının 256 domenini bloklayıb.

"Bu il ərzində bizə təslim olmaq üçün 25 mindən çox müraciət daxil olub. Bu, 216 nəfərin təslim olmasına çevrilib", - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, işğalçı ölkənin hərbçilərinin cəbhə xəttindən çıxarılması istiqamətində 21 əməliyyat keçirilib. Bundan əlavə, Rusiyadan hərbi qulluqçuların texnika ilə Ukrayna tərəfinə keçməsi ilə bağlı uğurlu nümunələr var.

Daha 1072 nəfərin "gözləmə rejimində” olduğu və layihə ilə əlaqə saxladığı da məlumdur. Onlar növbə ilə cəbhə xəttindən çıxarılmalarını gözləyirlər.

"Qeyd etmək lazımdır ki, "Tit" ("Sinitsa” – red.) əməliyyatının uğurla həyata keçirilməsindən sonra rusiyalılardan gələn müraciətlərin sayı artmaqda davam edir. Bütün kanallar vasitəsilə biz hər gün Rusiya Ordusunun və onun hüdudlarından kənarda fəaliyyət göstərən hərbçilərdən onlarla müraciət alırıq", - xəbərdə deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->