Ukrayna hərbçiləri Misir vətəndaşı olan bir şəxsi əsir götürüblər. Onun Misir millisinin və “Trabzonspor”un ulduz hücumçusu, sabiq “Liverpul” futbolçusu Məhəmməd Salah ilə tam adaş olduğu məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə The Kyiv Independent nəşrinin müsahibəsinə istinadən məlumat yayılıb.
Əsir götürülən hərbçi Yekaterinburqda yaşadığını və Ural Federal Universitetində proqramçı ixtisası üzrə təhsil aldığını bildirib.
Onun sözlərinə görə, Rusiyaya köçdükdən sonra ailə qurub və qız övladı böyüdüb. Daha sonra Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək imkanı üçün Rusiya ordusuna qoşulmağa qərar verib.
“Eşitdim ki, Rusiya pasportu almaq və orduda xidmət etmək imkanım yarana bilər. Veteranlar üçün çoxlu güzəştlərin olduğunu başa düşürdüm. Beləliklə, mənzil, pasport və dövlət xidmətlərinə çıxış əldə edə bilərdik. Buna görə bunun cəmiyyətin tamhüquqlu üzvünə çevrilmək üçün yaxşı fürsət olduğunu düşündüm”, deyə o bildirib.
Bu şəxsin məşhur futbolçu Məhəmməd Salah ilə yalnız adaş olduğu qeyd olunur. Əsl Məhəmməd Salah “Trabzonspor”la ikiillik müqavilə imzalayıb. Misirli futbolçu Türkiyə klubunda iki ukraynalı – Ruslan Malinovski və Arseniy Bataqovla birlikdə çıxış edəcək.
Şərhlər