Xəbər lenti

Ukrayna: NABU və SAP, PA rəhbəri Yermakın ofisində axtarış aparır
Dünya 11:49 28.11.2025

Ukrayna: NABU və SAP, PA rəhbəri Yermakın ofisində axtarış aparır

Bu gün səhər Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın hökumət kvartalındakı ofisində axtarış aparmağa başlayıb. 

Qaynarinfo verir ki, bu barədə NABU məlumat yayıb.

"Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Prezidentinin Aparat rəhbərinin ofisində istintaq hərəkətləri (axtarışlar) həyata keçirir. İstintaq hərəkətləri sanksiyalaşdırılıb və istintaq çərçivəsində aparılır”, – məlumatda deyilir.

Əlavə detalları NABU-nun sonradan açıqlayacağı bildirilib. Daha əvvəl "UP” jurnalistləri təxminən 10 nəfər NABU və SAP əməkdaşının hökumət kvartalına daxil olduğunu çəkə bilmişdilər.

UNIAN agentliyi vəziyyətlə bağlı rəsmi şərh almaq üçün NABU və SAP-a sorğu ilə müraciət edib. Hazırda axtarışların hansı cinayət işi çərçivəsində aparıldığı məlum deyil.

UNIAN-ın məlumatına görə, Ukraynada korrupsiya qalmaqalı yaranıb. NABU detektivləri biznesmen Timur Mindici cinayətkar təşkilat yaratmaqda, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin "yuyulmasında”, eləcə də keçmiş müdafiə naziri Rustem Umerova qanunsuz təsir göstərməkdə şübhəli bilirlər.

20 noyabrda "Xalqın Xidmətçisi” fraksiyasının üzvləri ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşündə Milli Antikorrupsiya Bürosunun araşdırmaları mövzusu bir neçə dəfə gündəmə qaytarılıb.

Fraksiyadan UNIAN-ın mənbəsinin bildirdiyinə görə, daha əvvəl "Xalqın Xidmətçisi” fraksiyasının tərkibinə daxil olmuş, hazırda isə bitərəf deputat olan Maryana Bezuhla görüşdə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak barədə, xüsusilə də onun mümkün istefası ilə bağlı sual verib. Bəzi deputatlar ehtimal edirlər ki, o, bu korrupsiya sxeminə müəyyən dərəcədə əlaqəli ola bilər, lakin antikorrupsiya orqanları tərəfindən onun barəsində rəsmi açıqlama və ya şübhə irəli sürülməyib.

Zelenski fraksiya ilə görüşdə Yermakın mümkün istefası ilə bağlı suala "öyrənirəm, düşünürəm” cavabını verib. Yermakın özü də həmin görüşdə iştirak edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->